Nyu-York şəhərində Azərbaycan kinematoqrafçılarının “Cavad xan” filminin nümayişi keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Filmin nümayişi Sultan Əyyub Mədəniyyət Mərkəzində olub.
Nyu-York-Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli tədbir iştirakçılarına film haqqında məlumat verib.
2009-cu ildə lentə alınan “Cavad xan” filmi XIX əsrin əvvəllərində öz oğlanları ilə birlikdə Vətən uğrunda rus qoşunlarına qarşı mübarizə aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır.
Filmin təqdimatında Azərbaycanın ABŞ-da fəaliyyət göstərən diplomatik nümayəndələri, BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri və başqaları iştirak ediblər.
Tədbirin sonunda E.Yerdələnli və Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil filmin yaradıcılarını təşkilatın fəxri diplomu ilə təltif ediblər.