Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi ər-arvadın ölümünə səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakı-Qazax yolunda “VAZ-2106” və “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü Kamil Əliyev və onun həyat yoldaşı hadisə yerində həlak olublar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.