Fevralın 10-dan 13-dək Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Bundan başqa, fevralın 10-dan 14-dək paytaxtda Azərbaycan-ABŞ iş planı çərçivəsində "İnsan resurslarının idarə edilməsi" mövzusunda seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.