Pakistanın Pəncab ştatında üç qaz kəmərində baş vermiş partlayışlar nəticəsində bir nəfər həlak olub. Bu barədə bazar ertəsi Britaniyanın BBC teleradiokorporasiyası məlumat verir.
“Belucistan respublika ordusu”na daxil olan separatçılar partlayışa görə məsuliyyəti öz üzərlərinə götürüblər.
BBC qeyd edir ki, baş vermiş partlayışlar nəticəsində milyonlarla yerli sakin qazsız qalıb.
“Sui Nothern Gas” qaz şirkətinin rəhbəri Arif Həmidin sözlərinə görə, qazın verilməsinin bərpası üçün ən azı iki gün vaxt lazımdır.