Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı dörddə bir dəfə azalıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
2013-cü ildəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatda 155 bədbəxt hadisə qeydə alınıb ki, bu da 2012-ci illə müqayisədə 26,8% azdır.
Həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 13% azalmaqla ötən il 71 nəfər, xəsarət alanların sayı isə 24% azalmaqla 120 nəfər təşkil edib.
Ötən il tikinti sektorunda 51 istehsalat qəzası baş verib və bu qəzalar nəticəsində 27 nəfər dünyasını dəyişib, 28 nəfər xəsarət alıb. Bu göstəricilər 2012-ci ildəki ilə müqayisədə müvafiq olaraq 3,7%, 25% və 48% azdır.