2013-cü ildə İKT, informasiya və poçt sektorunun gəlirləri 1 mlrd. 632,2 mln. manat təşkil edib.Rabitə və informasiya texnologiyaları nazirir Əli Abbasov kollegiya iclasında belə söyləyib.
“2013-cü ildə İKT sektorunun artımı 2012-ci illə müqayisədə 14% təşkil edib.Hesabat dövründə İKT, informasiya və poçt sektorunun gəlirləri 1 mlrd. 632,2 mln. manata bərabər olub”,- deyə Ə.Abbasov bildirib.
İclasın yekununa əsasən nazir RİTN-in müvafiq strukturlarının rəhbərlərinə nazirliyin fəaliyyətinin səmərəliliyini artırmaq, kosmik sənayenin inkişafı üçün nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, internet tariflərinə yenidən baxmaq, mobil operatorlar arasında tarifləri tənzimləmək, əhaliyə göstərilən poçt xidmətlərinin spektini genişləndirmək, elektron xidmətlərin tətbiqini genişləndirmək, rəqəmsal TV yayıma keçidi başa çatdırmaq göstərişlərini verib.