Bu gün Şamaxı şəhərində Rixter cədvəli ilə 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar Bakıda da hiss olunub.
Zəlzələnin episentri Şamaxı şəhərində 30 km dərinlikdə yerləşib.