Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün Azərbaycanda baş vermiş zəlzələnin episentrini dəqiqləşdirib.
Mərkəzdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Rixter cədvəli ilə 5,7 bal gücündə olan zəlzələ yerli vaxtla saat 16:06-da Hacıqabul şəhərindən 41 km şimal-şərqdə, 55 km dərinlikdə baş verib.