Oğuz şəhərində hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi gənc siyasətçilər üçün «Qış məktəbi»nə start verilib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Fevralın 14-dək davam edəcək “Gənc liderlər” adlı tədbirdə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının 100-ə yaxın fəal gəncləri və ali məktəb tələbələri iştirak edir.
«Qış məktəbi»nin İştirakçılar komandalara bölünüb, gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs ediblər.
Layihə çərçivəsində gənclərin Milli Məclisin deputatları, həmçinin siyasətçilərlə görüşləri də nəzərdə tutulub
“Qış məktəbi”nin birinci günü “Nikah müqavilələrinin bağlanması və ailə məcəlləsi” mövzusunda seminar keçirilib. Seminarın moderatoru Zaur Quliyevdir. Seminarda ötən illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra hüquqi islahatların aparıldığnı bildirilib.