Azərbaycan prezidenti İlham Əliyev bir sıra qanunvericilik aktlarına düzəlişlıərin təsdiqinə dair fərman imzalayıb. Bu barədə dövlət başçısınəın saytında məlumat verilir.
Prezidentin sərəncamına əsasən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Polis haqqında”, həmçinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair Cinayət-Prosessual Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr daxil edilir.
Qeyd olunan qanunvericilik aktlarına müvafiq düzəlişlər Milli Məclisin payız sessiyasında keçirilən iclasında qəbul olunub.
Qəbul edilən düzəlişlərə əsasən, saxlanılan və ya həbs edilən şəxsə həbs yerinə gətirildikdən dərhal sonra onun tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanı yaradılmalıdır. Tutulmuş və ya həbs edilmiş şəxs qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, şəxsi məlumatları öz təşəbbüsü ilə verməməlidir.
Əgər tutulan və ya həbs edilən şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycanda olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat verilməli və bu cür məlumatın verildiyi qeydə alınmalıdır.
Cinayət-Prosessual Məcəlləyə edilən düzəlişlər saxlanılan və həbs edilən şəxslərin, eləcə də onların hüquqlarının təmin edilməsi üçün lazımi şəraiti yaratmağa məsul olan bütün şəxslərin öhdəliklərini tənzimləyir.