Böyük Britaniyada Temza çayında suyun səviyyəsinin yüksəlməsi ilə əlaqədar yüzlərlə insan evlərindən təxliyə edilib.Bu barədə BBC teleradio şirkəti məlumat verir.
Evlərini tərk edənlər arasında Berkşir və Surrey qraflıqlarının sakinləri də var.
Britaniya hakimiyyəti bildirb ki, daşqının fəsadlarının aradan qaldırılması üçün bütün tədbirlər görülür.Vəziyyət ağırlaşarsa hərbçilər əhaliyə kömək göstərməyə hazır vəziyyətə gətirilib.