İranda 1979-cu ildə baş vermiş İslam İnqilabının 35-ci ildönümü münasibəti ilə nümayişlər keçirilir.Bu barədə çərşənbə axşamı “Press-TV” telekanalı məlumat verir.
Aksiyalar zamanı milyonlarla iranlı İslam İnqilabının ideallarına sadiq olmalarına dair şüarlar səsləndirblər.
“İranın bir çox şəhərlərinin küçələri bayram ab -havasına bürünüb, sakinlər atəşfəşanlıq edir” deyə teleknal bildirir.
İran prezidenti Həsən Ruhaninin bu gün Tehranda təntənəli mərasimdə çıxış etməsi gözlənilir.
Fevralın 1-dən başlanmış bayram tədbirləri 11 fevralda başa çatacaq.
1979-cu ildə baş vermiş İslam İnqilabı nəticəsində şah Məhəmməd Rza Pəhləvi ölkəni tərk edib, monarxiya üsul idarəsinə son qoyulub, İranın ali dini lideri ayətulla Əli Xamneyinin rəhbərlik etdiyi yeni administrasiya hakimiyyətə gəlib.