Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) üçüncü plenar iclası 2014-cü ilin yayında Bakıda keçiriləcək. Bu barədə jurnalistlərə TürkPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının sədr müavini Sevinc Hüseynova məlumat verib.
Çərşənbə axşamı Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısı keçirilib. Tədbirdə iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu ilə bağlı məsələlər müzakirə olunub.
Komissiyanın sayca dördüncü iclası Qazaxıstanda keçiriləcək.
TürkPA Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərini birləşdirir.