2014-cü ilin yanvar ayında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 242,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,7 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Hesabat dövründə elektron ticarət dövriyyəsinin 91,9%-ni qeyri-ərzaq malları təşkil edib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar ayında əhali onlayn rejim vasitəsi ilə sifariş verdikləri istehlak mallarını əsasən hüquqi şəxslərin ticarət şəbəkələrindən alıb.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 2,6 mln. manat təşkil edib.