Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Fidan Hacıyeva Londonda çıxış edəcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Martın 7-də Londonda “King`s Place” incəsənət və kulinariya mərkəzində Novruz bayramı münasibətilə “Yazın səsi” adlı konsert proqramı keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunacaq.