Azərbaycan gənclər siyasətini uğurla həyata keçirir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclasında bəyan edib.
“Azərbaycan rəhbərliyi ölkə gənclərinin inkişafı və gənclər siyasətinin reallaşdırılmasına böyük diqqət ayırır. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir”, - deyə nazir vurğulayıb.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, ölkə prezidenti fevralın əvvəlində Azərbaycan gənclərin altı nümayəndəsinə təqdim olunan “Gənclər üçün Prezident Mükafatı”nı təsis edib.
Onun sözlərinə görə, Dövlət Proqramının icrası çərçivəsində Azərbaycanda ölkə prezidenti yanında Gənclər Fondu yaradılıb, gənclərin və gənc ailələrin ipoteka kreditləşməsi üçün əlavə vəsaitin ayrılmasına dair təkliflər hazırlanıb.
Nazir müavini qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Mingəçevirdə Gənclər Evi inşa edilib. 2015-ci ilin sonuna kimi ölkənin müxtəlif regionlarında daha doqquz Gənclər Evi istifadəyə vermək planlaşdırılır. Hazırda Azərbaycanda 23 Gənclər Evi və Mərkəzi fəaliyyət göstərir.
İ.Babayev sağlam, vətənpərvər, intellektual gənclərin tərbiyələndirilməsi, istedalı gənclərin inkişafına yönələn müxtəlif layihələrin icrasını dövlətin gəcnlər siyasəti və Dövlət Proqramının mühüm istiqamətləri adlandırıb.
Onun sözlərinə görə, gənc sahibkarları dəstəkləmək məqsədilə 413 sahibkarlıq subyektinə 37,9 mln. manat ümumi məbləğdə güzəştli kreditlər ayrılıb.
Nazir müavini bildirib ki, hazırda Azərbaycan gənclərinin 172 min nümayəndəsinə həm Azərbaycan ərazisində, həm də xaricdə - 30 müxtəlif ölkədə 80 mindən artıq mədəniyyət, turimz və ticarət obyektlərində güzəş.tlıərdən istifadə etməyə imkan verən tələbə kartları verilib.
İ.Babayevin qeyd etdiyi kimi, Dövlət Proqramı həmçinin Bakıda Azərbaycan Gənclər Mərkəzinin yaradılmasına yönələn tədbirlərin həyata keçirilıməsi, tələbə yataqxanalarının təkmilləşdirilməsi, gənclər üşün yaşayış kooperativlərinin yaradılması ideyasının dəsətəklənməsini nəzərdə tutur.
Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi həmçinin qaçqın və məcburi köçkün ailələrindən olan gənclər, uşaq evlərində tərbiyə alanlar və fiziki qüsuru olan gənclərin nümayəndələri üçün müxtəlif maarifləndirici kurslar təşkil edir.