Bakı və Moskva Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə səkkiz nomativ sənədin hazırlanması üzərində işləyir. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çərşənbə günü jurnalistlərə 2013-cü ilin yekunları üzrə keçirilən kollegiya iclası çərçivəsində bəyan edib.
“Sənədlər hazır olan kimi, biz demarkasiya işlərinə başlayacağıq”, - deyə o bildirib.
Komitə sədri həmçinin qeyd edib ki, Azərbaycan MDB-yə yeganə üzv-ölkədir ki, Rusiya ilə dövlət sərhədinin delimitasiya prosesini başa çatdırıb.
“dövlət sərhədinin delimitasiyası çox ciddi məsələdir. Məlum olduğu kimi, Azərbaycan yeganə ölkədir ki, prezident İlham Əliyevin səyləri ilə Rusiya ilə sərhədin delimitasiya prosesini başa çatdırıb. Bu məsələ hələ 2010-cu ildə həll olunub, bundan sonra iki ökənin parlamenti sərhədlərin delimitasiyasını ratifikasiya edib”, - deyə Q.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, həmçinin Gürcüstanla dövlət sərhədinin delimitasiya prosesi davam etdirlir.
“Hazırda Gürcüstan tərəfi ilə 480 kilometrin 300-ü razılaşdırılıb”, - deyə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri qeyd edib.