Çərşənbə günü Çin Xalq Respublikasının Sintszyan -Uyqur muxtar rayonunda , Karakaş qəsəbəsindən 251 km şərqdə 6,9 bal gücündə yeraltı təkan qeydə alınıb.Bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Geofiziki Xidməti məlumat verir.
Xidmətin Altay-Sayan filialının məlumatılna əsasən saat 13:20-də baş vermiş zəlzələnin episentri 37.24 şimal en və 82.57 şərq uzunluq koordinatlarında olub.