Fevralın 20-dən 25-dək Bakıda "Mosfilm" filmləri həftəsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə filmlərin nümayiş olunacağı “28 Cinema”dan məlumat verilib.
Tədbir “Kapital Bank”ın təşkilatçılığı ilə keçiriləcək və "Mosfilm" kinostudiyasının 90 illiyinə həsr olunub.
“28 Cinema”da "Mosfilm" kinostudiyasının 90 illiyinə həsr olunmuş təntənəli açılış mərasimi olacaq. Mərasimdə Mədəniyyıt və Turizm Nazirliyi və "Mosfilm" kinostudiyasının nümayəndələri çıxış edəcəklər. Həmin gün “Sevgi və göyərçinlər” filminin nümayişi olacaq.
Həftə ərzində “Uğur centlmenləri”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Moskva göz yaşlarına inanmır”, “Xidməti eşq macərası” və “Brilyant əl” filmləri pulsuz nümayiş olunacaq.