18-20 fevral tarixində Bolqarıstanın baş naziri Plamen Oreşarski Azərbaycana səfər edəcək. Bu barədə Energetika Nazirliyinin saytında məlumat verilir.
Azərbaycanın energetika naziri Natiq Əliyev bir gün öncə Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stoynev ilə dörüşüb.
“Görüşdə tərəflər ikitərəfli, həmçinin iqtisadi, humanitar, sənaye və enerji sahəsində əməkdaşlığın genişləndiriməsinin zərurətini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Görüş zamanı D.Stoynev həmçinin Azərbaycan və Bolqarıstanın qaz tədarükünə dair danışıqlar apardığı vurğulayıb.