Venesuelanin paytaxtı Karakas şəhərində hökumətə qarşı nümayişlərdə ən az üç nəfər həlak olub, 26 nəfər yaralanıb.Bu barədə cümə axşamı EFE agentliyi məlumat verir.
Bundan başqa, ən az 30 nümayişçi saxlanılıb ki, onların arasında jurnalistlər də var
Venesuela prezidenti Nikolas Maduro milli televiziya ilə çıxış edərək ölkədə dövlət çevrilişinə yol verilməyəcəyini bildirib.
EFE agentliyinin məlumtına görə, venesuelalılar iqtisadi problemlərin artmasından narazıdır. 2013-cü ildə ölkədə inflyasiya 50% səviyyəsini üstələyib, sakinlər korrupsiyanın baş alıb getdiyini söyləyirlər.
Bundan başqa, nümayişçilər hakimiyyətdən cinayətkarlıqla mübarizə tədbirlərinin görülməsini və daha əvvəl həbs edilmiş etirazçıların azadlığa buraxılmasını tələb ediblər.