“Azadliq prospekti” metro stansiyası yaxınlığında tikintisi başa çatmamış binada yerləşən kafedə baş vermiş partlayışda iki nəfər xəsarət alıb.Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.
“İlkin məlumatlara əsasən, insident qaz sızması nəticəsində baş verib”,- deyə agentliyə bildirilib.