Uğurlu təhsil sisteminin qurulması üçün tələbə və pedaqoqlar arasında münasibətlər qurulmalıdır. Təhsil naziri Mikayıl Cabbarov SABAH tələbə qruplarının yaradılması üzrə layihənin təqdimat mərasimində belə söyləyib.
“Qloballaşma prosesində müasir texnologiyalar üzrə bilik və bacarıqları olmayan insan təsəvvür etmək çətindir. SABAH qruplarının üzvü olmaq üçün bacaqrıqlı, əməksevər olmaq, əsl peşəkara çevrilmək arzusu ilə yaşamaq lazımdır”, - deyə nazir qeyd edib.
SABAH qrupları bacarıq səviyyələrinə görə və xüsusi qruplarda təhsil almaq üçün seçilən tələbə qruplarıdır
Onun sözlərinə görə bu layihənin reallaşdırılmas uğurlu təhsil siyasətini formalaşdıra bilər.
“Həm xaricdən, həm də özümüzdən ən yaxşı mütəxəssislər cəlb olunacaq”, - deyə M.Cabbarov vurğulayıb. O qeyd edib ki, bu layihənin uğurla həyata keçirilməsi üçün nazirlikdə SABAH qruplarının məsələləri ilə məğul olacaq işçi qrup yaradılacaq.
Təhsil naziri həmçinin söyləyib ki, bu gün ali təhsilin əsas problemlərindən biri praktiki məşğələlərin təşkilidir. Bununla əlaqədar olaraq SABAH qrupuplarında praktiki məşğələlərin təşkil edilməsi üçün biznes, sosial və iqtisadiyyat sahələrində uğur qazanmış şəxslər cəlb olunacaq.
Təqdimat zamanı həmçinin qeyd edilib ki, bu layihə Təhsil Nazirliyinin tabeliyində olan 20 ali məktəbdən 15-ni əhatə edəcək.
Həmçinin qeyd olunub ki, qruplara qəbul balları 61 baldan az olamayan birinci kurs tələbələri də daxil ediləcəklər. 21,540 tələbədən 14,959 –u (69%) iştirak edəcək.
Seçim üç istiqamət üzrə aparılacaq: xarici dillər, məntiq və esse.
Təhsil xüsusi işlənmiş proqram üzrə aparılacaq, diplomlar da fərqlənəcək.