Cümə axşamı Suriyanın Aleppo vilayətinin rayonlarının hökumət qoşunları tərəfindən atəşə tutulması nəticəsində ən az 33 nəfər həlak olub.Bu barədə Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Şurası məlumat verir.
Atəş zamanı hərbçilər “çəllək bombaları” adlandırılanapartlayıcılardan istifadə ediblər.
“Ölənlər arasında 12 uşaq və iki qadın var” ,- deyə hüquq müdafiəçiləri bildirirlər.
2011-ci ilin mart ayından davam edən Suriya münaqişəsində bu günə qədər 115 mindən çiox insan həlak olub.