SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ildə Azərbaycanın dövlət büdcəsinə vergi ödənişləri üzrə öhdəlikləri tam həcmdə yerinə yetirəcək. Vergilər nazirinin müavini Sahir Məmmədxanov belə hesab edir.
“2014-cü ildə Azərbaycanın dövlət büdcəsinə vergi ödənişləri üzrə SOCAR üçün plan 1 mlrd. 825 mln. manta səviyyəsində müəyyən olunub. Bu ən aşağı həddir. Hesab edirik kii, 2014-cü ildə ARDNŞ vergi öhdəliklərini yerinə yetirəcək”, - deyə S.Məmmədxanov cümə axşamı mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Nazir müavini Nazirlər Kabinetinin bəzi neft məhsullarının aksiz dərəcələrinə təkrar baxılması qərarını şərh edib.
Xəbər verildiyi kimi, 2013-cü ilin dekabr ayında Nazirlər Kabineti bəzi neft məhsullarının yeni aksiz dərəcələrinin artırılmasına dair qərar qəbul edib. Bununla əlaqədar, 2014-cü ildə Azərbaycanın dövlət büdcəsində aksizlər üzrə 272 mln. manat səviyyəsində əlavə daxilolmalar nəzərdə tutulmuşdu. Lakin, 2014-cü ilin fevral ayında Nazirlər Kabineti bəzi neft məhsullarının aksiz dərəcələrinin 2013-cü ilin dekabr ayına qədər qüvvədə olan səviyyəsinə qədər azaldılmasına dair qərar qəbul etdi. Nazirlər Kabinetinin müvafiq qərarı 1 yanvar 2014-cü il tarixindən qüvvədədir.
“Qəbul edilən qərar nəzərə alınmaqla (fevralda Nazirlər Kabinetinin –İF-Az) SOCAR-ın aksizlər üzrə vergi ödənişləri planlaşdırılandan bir qədər az olacağı ehtimalı var. Lakin bu zərəri ARDNŞ dövlət büdcəsinə digər vergi növləri üzrə ödənişlər hesabına ödəyəcək”, - deyə o əlavə edib.