Türkiyə hökuməti 27 vilayətdə polis idarələrinin rəislərini, eləcə də Milli Polis Departamenti rəhbərinin üç müavinini tutduqları vəzifələrdən azad edib.Bu barədə “Hürriyyət” qəzeti məlumat verir.
“Əgər kimsə düzgün hərəkət etmirsə, biz onları tutduqları vəzifədə saxlamamalıyıq.Onlar özlərinin hüquqa zidd hərəkətlərinə cavab verməlidirlər”,- deyə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirb.
Ankara və İstanbulun polis rəisləri arasında da kadr dəyişikliyi edilib.
Bundan başqa, Polis Kəşfiyyat İdarəsinin 50 yüksək vəzifəli məmuru, eləcə də baş nazirin mühafizə dəstəsinin rəisi və müavini işdən azad ediliblər.
“Hürriyyət” qəzeti yazır ki, Türkiyə polisində kadr dəyişikliyi ötən ilin dekabr ayında ölkədə başlanmış antikorrpusiya kampaniyası ilə əlaqdar olaraq həyata keçirilir.