Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış iki nəfərin ölümünə səbəb olub.Bu barədə ANS teleradio şirkətinin saytında məlumat verilir.
Hadisə Bakının Xətai rayonunda yerləşən “LUKoyl” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verib.
“İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə partlayış nəticəsində bir nəfər hadisə yerində ölüb. Xəstəxanaya çatdırılmış ikinci yaralının da həyatını xilas etmək mümkün olmayıb.