ABŞ-ın Yuta ştatı Azərbaycan xalqının və Prezidentinin tarixi nailiyyətlərini təqdir edən rəsmi Bəyannamə qəbul edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına əsasən, ABŞ-ın Yuta ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən qəbul olunan sənəddə Azərbaycan xalqının və prezident İlham Əliyevin tarixi nailiyyətləri təqdir edilir.
Bəyannamə Senat sessiyası zamanı spiker Vayn Niderhauzer tərəfindən oxunduqdan sonra sənəd Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib.
Azərbaycanlı diplomat, öz növbəsində qeyd edib ki, bu səbəd Azərbaycan və Yuta ştatı arasında münasibətlərin gələcəkdə inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradacaq.
Sənədin həmmüəlliflərindən olan senator Cin Devis iclasda çıxışında vurğulayıb ki, Azərbaycanın regionda ABŞ-ın strateji tərəfdaşıdır və gənc dövlət olmasına baxmayaraq, respublika tarixi dövlətçilik ənənələrinə malikdir.