Azərbaycanın müdafiə naziri Zakir Həsənov gələn ay Serbiyaya səfərə gedəcək.Bu barədə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç “İnterfaks -Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında məlumat verib.
“Bu müdafiə sahəsində qarşılıqlı münasibətləri müzakirə edilməsi üçün növbəti yaxşı imkan olacaq”.- deyə səfir bildirib.
Səfər zamanı Z.Həsənovun serbiyalı həmkarı Nebayş Radiçlə görüşü planlaşdırılıb.Səfər zamanı müdafiə sahəsində əməkdaşlığa dair sənədin imzalanması gözlənilir.