Milli Məclisin cümə günü keçirilən növbəti plenar iclasında "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Prokurorluq haqqında" qanunlara müvafiq əlavə və dəyişikliklər edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə əlaqədar çıxış edib. Bu barədə “İntefaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Qanunlara edilən müvafiq edilən dəyişikliklərə əsasən, Korrupsiyaya qarşı mübarizə idarəsi bundan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi adlanacaq, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə isə baş prokurorun müavini hesab edilən Baş İdarənin rəisi rəhbərlik edəcək.
Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi vəzifəsi ikinci təsnifata, İdarə rəisinin müavinləri və idarə rəisləri üçüncü təsnifata, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə rəislərinin müavinləri və şöbə rəisləri üçüncü təsnifata aid ediləcək
Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 10-cu maddəsinə təklif olunan dəyişikliyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin təsnifat statusu artırılaraq ikinci təsnifata – baş prokurorun müavinləri ilə eyni təsnifata daxil edilir. İdarənin müavinləri və idarə rəislərinin təsnifatı isə Baş Prokurorluğunun idarə və müstəqil şöbə rəislərinin, Hərbi prokurorun müavinlərinin mənsub olduğu üçüncü təsnifata yüksəldilir.
Qanuna təkli olunan 18.3.2-1-ci maddəsinə əsasən isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinin səlahiyyətləri artırılır. Yeni maddəyə əsasən, idarənin işçilərinə rütbələrin verilməsi ilə bağlı təqdimatı artıq idarəsi rəisi özü edəcək (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir).“Prokurorluq haqqında” qanunun 8-ci maddəsinə təklif olunan əlavəyə görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlanır və prokurorluğun sistemi və təşkili siyahısına daxil edilir.
Bundan əlavə, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi vəzifəsi ikinci təsnifata, İdarə rəisinin müavinləri və idarə rəisləri üçüncü təsnifata, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə rəislərinin müavinləri və şöbə rəisləri üçüncü təsnifata aid ediləcək.
Beşinci təsnifata dair maddədə "korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri isə "Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə və şöbələrinin böyük prokurorları, prokurorları, prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri, mühüm işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri ilə əvəz edilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin işçilərinə rütbələr İdarənin rəisinin təqdimatı əsasında veriləcək.
İdarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir).
Eyni zamanda qanuna Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və onun rəisinin səlahiyyətlərinin artırılması ilə bağlı 11-1-ci maddə təklif olunur. Əlavəyə əsasən, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxacaq, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat - axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edəcək və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayacaq, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə baş prokuror qarşısında məsələ qaldıracaq.
İdarə öz fəaliyyəti barədə baş prokuror vasitəsi ilə Azərbaycan Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına mütəmadi məlumat verəcək (hazırda bu məlumatlar yalnız sorğu əsasında həyata keçirilir
Edilən əlavə maddədə o da göstərilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəzifəsinə görə baş prokurorun müavini hesab edilən baş idarənin rəisi rəhbərlik edəcək.
İdarə rəisi əməkdaşların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təqdimatlar vermək səlahiyyətinə malik olacaq (hazırda bunu baş prokurorun birinci müavini həyata keçirir).