Lerik rayon İcra Hakimiyyəti 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclas keçirib. Bu barədə “İnterfaks-Azərbayan” agentliyinin regional bürosu məlumat verir.
İclasda çıxış edən İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov məlumat verib ki, 2013-cü ildə Lerik rayonunda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 38,225 mln. manat (artım 16,8%), sənaye məhsullarının – 712,3 mln. manat (artım 2,9%), nəqliyyat xidmətlərinin – 2,703 mln. manat (artım 2,9%), pərakəndə ticarət dövriyyəsi – 68,596 mln. manat (artım 3,8%) təşkil edib.
Onun sözlərinə görə, 2004-2013-cü illərdə rayon ərazisində 9123 yeni iş yeri açılıb, bunların 40%-dən çoxu – daimidir.
“Hesabat ilində 24 yaşayış məntəqəsi qazlaşdırılıb, həmçinin 10 yaşayış məntəqəsinin qazlaşdırma prosesi davam edir. Ötən il 12 yeni bina məktəbi istifadəyə verilib. O cümlədən, dörd məktəbin binasının inşası davam edir”, - deyə R.Bağırov qeyd edib.
“Dövlıət başçısınəın sərəncamına əsasən, uzunluğu 26 kilometr olan Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu tikilib. Bundan başqa, uzunluğu 36 kilometr olan, 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılıb”, - deyə rayon administrasiyasının rəhbəri bildirib.
İclasın sonunda həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs mükafatlandırılıb.