SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Darvin bankası” yatağında yeni quyu istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
832 nömrəli quyu 720 nömrəli meydançadan qazılıb. Quyunun sutkalıq debiti 5 ton neft təşkil edir.
Quyu SOCAR-ın “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılır.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir.