Baza günü Azərbaycanın qərb regionunda Gəncə şəhərində Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məişət tullantıları olan ərazidən silah-sursat tapılıb. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilir.
Elə orada bir ədəd süngü-bıçaq, patron darağı və on ədəd müxtəlif çaplı patron aşkar edilib.
Həmin gün Gənçənin Nizami rayon Polis İdarəsinin əməkdaşları şəhərin digər küçəsindəki məişət tullantıları olan ərazidə "F-1" qumbarası, nömrəsi silinmiş "TOZ-8" markalı tüfəng və 4,4 min ədəd avtomat patronu aşkar ediblər.
Azərbaycan paytaxtında isə, Yasamal rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini Çinqiz Həsənovdan 1,28 kiloqram ağ civə aşkar edərək müsadirə ediblər.