10 fevral 2014 cü il tarixində Dünyaya gəlmiş balaca qızcığazın çəkisi 2.5 kg, boyu 47 sm dir.Valideynləri yenicə doğulmuş körpəyə Mədinə adını verdilər.
Sığortalı tərəfindən 10 fevral 2014 cü il tarixində şirkətin tibbi iddialar şöbəsinə daxil olmuş zəngə əsasən məlum olmuşdur ki, sığortalı paytaxtın özəl klinikalarından bininin doğum şöbəsinə müraciət etmişdır. Dərhal şirkətin tibbi iddialar şöbəsinin əməkdaşları həmin özəl klinika ilə əlaqə saxlayaraq ananın və körpənin vəziyyətilə maraqlanmışlar. Daha sonra şöbənin işçiləri klinikada körpəni və ananı ziyarətinə getmiş və körpənin dünyaya gəlməsi münasibətilə valideynləri təbrik etmişlər. Valideynlər “Alfa Sığorta” tərəfindən göstərilmiş bu qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
Hal-hazırda körpənin və ananın vəziyyəti normaldır
Qeyd edək ki, körpənin atası 07 yanvar 2014 cü ildən etibarən “Alfa Sığorta” şirkəti tərəfindən tibbi sığorta üzrə təminat altına alınmışdır. Tibbi sığorta paketi ailəni əhatə etdiyi üçün körpə artıq “Alfa Sığorta” şirkətində sığortalanmış hesab olunur.
Bir daha körpənin valideynlərini təbrik edir və balaca Mədinəyə allahdan uzun ömür və can sağlığı arzu edirik.