Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının nümayişi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Tamaşada üç dövlətin - Azərbaycan, Türkiyə və Belarusun opera artistləri iştirak ediblər. Bu, bir tamaşada bir neçə ölkədən olan aparıcı artistlərin iştirak etsiyi teatrın ilk layihəsi deyil.
Toskanın partiyasını Türkiyə opera sənətinin ulduzu, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatının sahibi Dəniz Yetim ifa edib.
Kavaradossinin partiyasını Türkiyənin məşhur tenoru, eyni zamanda Ankara Dovlət Opera Balet Teatrının direktoru vəzifəsində çalışan Aykurt Çinar ifa edib.
Skarpia partiyasında Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusub əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov çıxış edib.
Həmçinin, tamaşada Azərbaycanın xalq artisti Əli Əsgərov, respublikanın əməkdar artisti Əkrəm Poladov iştirak ediblər.
Operanın dirijoru Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayev olub.