Ötən gecə Bakının Suraxanı rayonunun Heydər Əliyev prospektində sərnişin avtobusu ilə minik maşını toqquşub. Bu barədə ANS telekanalı məlumat verir.
“Mersedes” markalı minik maşını ilə "Hyundai” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb və içərisindəki sərnişinlərdən altı nəfər yaralanıb.Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdrıma aparılır.