2014-cü il fevralın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin ölkə üzrə təbii qazla təmin edilən abonentlərinin sayı 1 662 927-yə çatıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Onların 1 642 758-i əhali, 20169-u isə qeyri-əhali sektoruna aiddir.
Təkcə 2014-cü ilin yanvar ayı ərzində əhali sektoru üzrə 13 759 yeni abonent qeydiyyata alınıb ki, bunun da 6 373-ü Bakı, Abşeron və Sumqayıt, 7 386-sı isə digər regionlara aiddir
Abonentlərin 707 221-i Bakı şəhərinin payına düşür ki, bunun da 696963-ü əhali, 10258-i qeyri-əhali kateqoriyasına aid edilir.