2014-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $1 mlrd. 335 mln. 698,88 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $26 mlrd. 405 mln. 952,46 min təşkil edib (artım 5, 66%).
2014-cü ilin yanvar ayında ixracın həcmi $1 mlrd. 870 mln. 825,67 min( azalma 2,7%), idxalın həcmi $535 mln. 126,79 min ( azalma 14,73%) təşkil edib.
İxracın strukturunda 86,49% neftin, 3,76% neft məhsullarının, 3.28 % təbii qazın, 0,58% meyvə-tərəvəz məhsullarının, 0,09% çayın, 0,97% bitki və heyvan mənşəli yağların, 0,73% qəndin, 0,07 % spirtli və spirtsiz içkilərin, 0,27% kimya məhsullarının, 0,05% pambıq lifinin, 0,19% qara metal və ondan hazırlanan məmulatların, 0,35% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxalın strukturunda 14% ərzaq məhsullarının, 4,721% tütün və tütün məhsullarının, 1,92% sementin, 2,11% əczaçılıq məhsullarının, 1,96 % odun və agac məhsullarının, 11,12 % qara metal və ondan hazırlanan məmulatların, 31,66 % maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,96 % nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0, 78% mebelin payına düşüb.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 1405dövlət və özəl müəssisə və 383 fiziki şəxs iştirak edib.
2014-cü ilin yanvar ayında Azərbaycan dünyanın 101 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat dövründə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (23,26%),Fransa (12,98%), İndoneziya (11,3%), Almaniya (9,84%) və İsraillə (7,65%) idxal əməliyyatlarını isə Türkiyə (17,97%), Rusiya (14,92%), Almaniya (7,74%) Çin (7,56%) və Böyük Britaniya (6,44%), ilə həyata keçirib.