2014-cü ilin yanvar ayında Azərbaycanın rabitə və poçt müəssisələri 121,8 mln. manat məbləğində xidmət göstəriblər ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xidmətlərin 72,3%-nin istehlakçıları fiziki şəxslər olub, göstərilən xidmətlərin dəyəri 88,1 mln. manat təşkil edib.
2014-cü ilin yanvar ayında rabitə xidmətlərinin ümumi həcminin 58,4%-i və ya 71,1 mln. manat (artım 6,2%) ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.