Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Muxtar Avşarovun anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Neymətov çıxış edərək Azərbaycan kino və teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan Muxtar Avşarovun yaradıcılığından söhbət açaraq onun mədəniyyət tariximizdə mühüm yer tutduğunu, kino və teatr tariximizə verdiyi töhfələri qeyd edib.
Qeyd edilib ki, görkəmli sənətkar Azərbaycanfilm kinostudiyasında çəkilmiş “Axırıncı aşırım”, “Dəli Kür”, “Kişi sözü”, “Tütək səsi”, “Qatır Məmməd”, “Gün keçdi” və digər filmlərdə oynadığı rollarla xüsusən yadda qalıb.
Onun iştirakı ilə milli televiziyamızda lentə alınmış “Solğun çiçəklər”(C.Cabbarlı), “Sarıköynək və Valehin nağlı” (İ.Əfəndiytev) “Diş ağrısı” (Ə.Haqverdiyev) televiziya tamaşaları qızıl qızıl fonda daxil edilib.
Muxtar Avşarov 1960-cı ildə respublikanın əməkdar artisti, 2002-ci ildə respublikanın xalq artisti fəxri adlarına, 2004-cü ildə “Şöhrət” ordeninə ,həmçinin prezident təqüdünə layiq görülüb.
Tədbirdə Muxtar Avşarovun həyat və sənət yoluna həsr edilmiş fotosərgi açılıb, aktyorun iştirak etdiyi filmlərdən fraqmentlər göstərilib, aktyorun sənət dostları onun barəsində xatirələrini danışıblar.
M.Avşarov 2004-cü ildə Bakıda vəfat edib.