18-20 fevral tarixində kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə rəsmi səfər edəcək.
Nazirliyin saytında dərc olunan məlumatda qeyd edilir ki, səfərin məqsədi İsraillə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək və aqrar sahədə qazandığı təcrübə ilə tanış olmaqdır.
Xüsusilə, səfər zamanı Azərbaycanın nümayəndə heyəti İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik və tənzimləmə, kooperativlər və idarəetmə sistemi, dövlət dəstəyi siyasəti və metodlarını, bir sıra aqrar müəssisələrin fəaliyyəti ilə tanış olacaq.