Çərşənbə axşamı Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun sədrliyi altında İran və “altılıq” arasında danışıqlar yenidən bərpa edilib.Bu barədə Ketrin Eştonun nümayəndəsi Maykl Mann məlumat verib.
Ənənəvi olaraq İran nümayəndə heyətinə bu ölkənin xarici işlər naziri Cavad Zərif rəhbərlik edir. “Altılığ”ı K.Eşton, eləcədə altılığa daxil olan ölkələrin (RF, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya-İF) siyasi direktorları təmsil edirlər.
Rusiya tərəfindən danışıqlarda xarici işlər nazirinin müavini Sergey Ryabkov iştirak edəcək.
Danışıqların bu raundu zamanı iştirakçılar İranın nüvə proqramının nizamlanması haqqında yekun sazişin hazırlanması ilə məşğul olmalıdırlar.