Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin Nəqliyyat nazirlikləri yüklərin nəqlinin artırılması tədbirləri haqqında saziş imzalamağa hazırlaşırlar.Qazaxısatanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev Bakıda mətbuat konfransında belə söyləyib.
“Sənədin bu ilin may ayında Astanada keçiriləcək Enerketika sammitində imzalanması planlaşdırılır”,- deyə diplomat qeyd edib.
A.Jumabayevin sözlərinə görə, sözügedən sənədin imzalanmağa hazırlanması haqqında qərar 2013-cü ilin avqustunda Qəbələdə Türkidilli Ölkələrin Əməkdaşlıq Şurasının III Sammitində qəbul olunub.
“O zaman bu dövlətlər arasında nəqliyyat sisteminin inkişaf etdirilməsi tədbirin əsas məsələlərindən biri olub.Və o zaman bizim dövlət başçılarımız arasında hökumət səviyyəsində Türkiyə Gürcüstan, Azərbaycan və Qazaxıstanın Nəqliyyat nazirlikləri arasında Azərbaycandan keçməklə Avropya, Azərbaycan və Avropa yüklərinin isə Qazaxıstandan keçməklə Şərq, Asiya o cümlədən Çin bazarlarına nəqlinin artırılması tədbirləri haqqında birgə qərar qəbul edildi”, - deyə səfir bildirb.
Onun sözlərinə görə,hazırda sənədin hazırlanması üzərində iş gedir.
“Biz Qafqaz dəhlizinin istifadə edilməsində çox maraqlıyıq.Biz bilirik ki, bu ilin sonuna qədər Bakı- Tbilisi -Qars dəmir yolunun tikintisi başa çatdırılacaq”, - deyə A.Jumabayev bildirib.
Səfir qeyd edib ki, bu dəmir yolu işə salınmaqla regiondan yükdaşımaların həcmi üç dəfə artacaq və “bu dəmir yolu xətti ilə gündəlik 17 mln. ton yük daşınacaq”.
“Bundan başqa, bizim neft kəmərlərimiz var ki, bunlar vasitəsi ilə Avropaya neft daşınır.Bütün bu məsələlər Avropadan Asiyaya və əksinə Asiyadan Avropaya yükdaşımalarla məşğul olan dövlət və özəl şirkətlərin işini asanlaşdırmaq üçün hazırlanan sazişdə öz əksini tapacaq. Mən hesab edirəm ki, bununla bu istiqamətdə qlobal irəliləyiş olacaq.Azərbaycan bu gün bunun üçün çox iş görür, həmçinin dəmir yolunun və yük limanının tikintisi ilə məşğul olur.Biz “Böyük İpək Yolu” marşrutunun yenidən yaradılması istiqamətində Qafqazdan keçən bu marşrutun əsas istiqamət olacağına nikbinliklə yanaşırıq”, - deyə A.Jumabayev bildirb.