Qazaxıstan 2014-cü ildə Azərbaycan ərazisindən Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə Avropa bazarlarına 4,5 mln. ton neft nəql etmək niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev bəyan edib.
“Biz cari ildə “Tengiz” yatağından Bakı-Tiflis-Ceyhan boru kəmərinə 4,5 mln. ton neft nəql olunacağına dair saziş imzalamışıq. Yəni bu il Qazaxıstan neftinin nəqli üzrə irəliləyiş olacaq”, - deyə diplomat vurğulayıb.
Qazaxıstan 2013-cü ilin oktyabr ayında BTC boru kəməri vasitəsilə qərbə neftinin nəqlini bərpa edib.