Lənkəran rayon xəstəxanasında Azərbaycanın cənub regionun sakinlərinin pulsuz tibbi müayinəsi keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu çərşənbə axşamı məlumat verib.
Ümumi dispanserizasiya Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən bütün ökə üzrə keçirilir.
Rayonun mərkəzi xəsətəxanasının baş həkimi Ağabala Kəlbiyevin sözlərinə görə, yalnız ötən gün ərzində regionun 1500 sakini müayinədən keçib. Sakinlərin poliklinika, xəsətəxana, diaqnostik mərkəzlərdə qəbulu ilə yanaşı, həmçinin rayonun uzaq kəndlərində müayinələr aparan həkimlərin səyyar briqadaları yaradılıb.
“Ötən gün ərzində kəndlərdə 800-dən artıq şəxs müəayinə olunub. Bu günün sonuna kimi daha 320 nəfər qeydiyyata yazılıb”, - deyə o əlavə edib ki, insanlarda əsasən ürək-damar xəstəlikləri aşkar edilir, bundan sonra onlar müalicəyə cəlb edilirlər.
Həmin həkim briqadalarından başqa, o cümlədən məkrəblər, uşaq bağçaları və s. yerlərdə çalışan briqadalar da yaradılıb.