Çərşənbə günü Gəncə şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşündə regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə mövzusu olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri məlumat verib.
Öncə xarici işlər nazirləri həmkarların hər biri ilə ikitərəfli görüşlər keçirəcəklər. Sonra nazirlər üçtərəfli görüşü olacaq. Bundan sonra geniş tərkibdə nümayəndə heyətlərinin iclası keçiriləcək.
Tədbirin və yekun mətbuat konfransının sonunda nazirlər Gürcüstanın Gəncədəki Baş Konsulluğunun açılış mərasimində iştirak edəcəklər.