Azərbaycanın hüquq-mühafizə orqanları külli məbləğdə dələduzluq faktı aşkar ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Baş Prokurorluqdan məlumat verilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin ilkin araşdırmaları zamanı müəyyən edilib ki, Bakı şəhər sakinləri Rauf İsmayılov və Kamran İsayev paytaxtda müvəqqəti yaşayan Türkiyə vətəndaşından onun ev təsərrüfatında işləyən Filippin vətəndaşına Azərbaycan ərazisində müvəqqəti yaşamasına icazə almaq üçün 5 min manat məbləğində pul alıblar.
Qeyd olunan şəxslər icazənin alınması məqsədi ilə Filippin vətəndaşının adına formal Məhdud Məsuliyyətli Cəmiyyət təsis edərək bank hesabına 101 min min manat pul vəsaiti mədaxil etməklə bu barədə bankdan müvafiq arayış aldıqdan dərhal sonra həmin vəsaiti məxaric ediblər.
R.İsmayılov və K.İsayev miqrasiya qanunvericiliyini pozaraq əldə edilmişsənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir ediblər.
Bu faktla bağlı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə cinayət işi başlanıb.