2013-cü ilin yekunlarına əsasən, Azərbaycanda istehsal sahəsində biznes etimadı indeksi (BEİ) 11,4%, ticarət sahəsində 7% təşkil edib.
Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş “2013-cü il üzrə pul siyasəti” haqqında icmalda bu haqda məlumat verilir.
İcamala əsasən, 2012-ci ilin yekunları üzrə istehsalatda BEİ 8,8%, ticarətdə 7,1% təşkil edib.
“BEİ-nin artımı istehsal və ticarət sahələrində satışların həcminin artması ilə əlaqədardır.AMB-nin monitorinqi respublikada iqtisadi aktivliyin müsbət olacağından xəbər verir”,- deyə icmalda qeyd edilir.
AMB hər rübdə real sektorun monitorinqi çərçivəsində Azərbaycanın qeyr-neft sektoru müəssisələri arasında sorğu aprır.
AMB-nin məlumatına əsasən, 2013-cü ildə qeyri neft sektorunun bütün sahələrində artım müşahidə olunub. Xüsusən ictimai iaşə sahəsində artım 16%, ticarət sahəsində 9,9%, rabitə sahəsində 10,7 %, tikinti sahəsində 23 % , sosial sahədə, 4,9% , ASK sahəsində 4,9%, nəqliyyat sahəsində 6,3% artım müşahidə olunub.
Yalnız sənaye sahəsində azalma qeydə alınıb-0.09%.
“Bunun əsasında AMB Azərbaycanda iqtisadi aktiliyin perspektivlərini nikbin qiymətləndirir.Ümumilikdə, son sorğular göstərir ki, son aylarda istehalın və dövriyyənin həcmini artıran və bu tendensiyanın davamlı xarakterə malik olduğu müəssisələrin sayı artır”,- deyə icmalda bildirilir.