Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Serbiyaya rəsmi səfəri başa çatıb. Bu barədə çərşənbə günü Müdafiə Nazilriyinin saytında məlumat verilib.
Bir gün əvvəl naziri Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qəbul edib.
Görüş zamanı Z.Həsənov səfərinin uğurla keçdiyini vurğulayaraq, iki ölkənin prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib. Nazir bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Həmin gün Azərbaycanın nümayəndə heyəti Vətənə dönüb.