Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncədə keçirilən görüşünün yekununa dair birgə bəyannamə qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regiona bürosu məlumat verir.
Tərəflər növbəti görüşün bu ilin sonunda Türkiyənin Qars şəhərində keçirilməsinə dair razılığa gəliblər.
Həmçinin, bu il Tbilisidə hər üç dövlətin prezidentlərinin sammitinin keçirilməsinə dair razılıq əldə edilib.